Mədəniyyət və Turizm Nazirliyi
»  Şəbəkə
»  Dünya bir pəncərədir...
»  Mədəniyyət və incəsənət
»  Ədəbiyyat və publisistika
»  Arxiv

Axtar

Günel Anarqızıİstəkli oxucular!

«Pəncərə» açıldı… Sizi «Pəncərə (mədəniyyətə baxış)» jurnalının rəsmi saytında salamlamağa çox şadıq. Sual yarana bilər: bəs niyə məhz «Pəncərə» adını seçdik, müxtəlif rəsmi və qeyri-rəsmi adlar içində məhz ona üstünlük verdik? Çünki pəncərə hər hansı bir tikilidə ara, dəlik - çölə, aləmə, dünyaya açılan bir vasitədir. Onun köməyi ilə dünyada baş verən hadisələri müşahidə edib izləyə, onları dəyərləndirib onlara qiymət verə bilərik. Bizim kontekstdə isə məhz mədəniyyətimizə baxıb onu incələmək imkanını qazanarıq. Bununla yanaşı, pəncərə anlayışı dərin fəlsəfi mənaya malikdir. Xalq əbəs yerə deməyib: «…Dünya bir pəncərədir, hər gələn baxıb gedər». Bütün bunları cəmləşdirib belə qənaətə gəldik ki, məhz bu yığcam və lakonik söz jurnalımızın əsas məqsədinə və məramına tam uyğundur. «Pəncərə»nin qarşıya qoyduğu əsas qayə isə həm qədim tarixə malik olan Azərbaycan mədəniyyətini, həm də dünya incəsənətinin nadir incilərini təbliğ edib daha yaxından tanıtmaqdır. Heç təsadüfi deyil ki, jurnalın bütün ənənəvi rubrikalarında da «pəncərə» sözünə və anlayışına rast gəlmək olar: «Şəbəkə», «Pəncərədən düşən işıq», «Üzbəüz pəncərə», «Pəncərəmi açdım sabaha», «Pəncərədən daş gəlir», «Pəncərənin milləri», «Pəncərədən açılan yol» və bir sıra başqalarında oxucular Azərbaycan və dünya incəsənətinin və ədəbiyyatının canlı əfsanələrinin jurnala verdiyi müsahibələr, mədəniyyət haqqında müxtəlif mövzularda söhbətlər


Əsas səhifəSaytın xəritəsiFavorit etKoordinatlar

Pəncərə TV Proqramı

30.03.2010 |

Gəlin, müasir həyatı bircə anlıq pəncərəsiz təsəvvür edək. Elektrik işığı ilə təchiz olunan, qızdırıcı və ya kondisionerlə süni hava yaradılan məkanda, görəsən, neçə saat yaşamaq mümkündür? Otağın kompüter və ya televizor vasitəsilə dünyaya çıxmaq şansı olsa belə düşünürəm ki, qutuyabənzər otaq heç vaxt insana rahatlıq gətirə bilməz...
     Çünki insan təbiətin ayrılmaz hissəsi olduğundan yazın xoş ətrini, yayın qızmar günəşini, qışın çovğununu, payızın yağışını ilk olaraq pəncərə vasitəsilə görüb hiss edir. Odur ki, otağı pəncərəsiz, pəncərəni də otaqsız təsəvvür etmək qeyri-mümkündür...
     Amma Içərişəhərdə elə bir otaq var ki, buradakı pəncərələr günəş işığına həsrətdir. Müasir tələblərə cavab verən, əla təmirli və olduqca səliqəli olan bu otağa nəinki küçədən keçən insanın, hətta avtomobil təkərlərinin səsləri gəlmir. Lakin məhz bu məkan Vətənimizin fəxrinə çevrilmiş şəxslərin dünyalarına "pəncərə" açır. Mənə elə gəlir ki, ekranlarda o qədər də tez-tez görünməyən bu insanların həyata baxışlarını daha dürüst görmək üçün iri pəncərələrlə əhatə olunmuş otağı daim dekorasiyanın əhatəsində saxlamağa dəyər. Yəqin iri şüşəli pəncərələr də real aləmdən ayrılıb bu cür şəxşlərin fikirlərini bilmək üçün günəş şüalarının projektorlarla əvəz olunmasına qarşı deyil. Əgər belə olmasaydı, milli elementlərlə bəzədilmiş dekorasiyalı otaq yaradıcı heyətin tam ixtiyarına keçməzdi...

 

ABUNƏ VƏ REKLAM

Jurnalımıza abunə olmaq və səhifələrimizdə reklam yerləşdirmək istəyənlərin nəzərinə

Tel: (+994) (050) 681 80 46
E-mail: pencere.mb@mail.ru
            info@pencere.az







Sentyabr 2010
B.eÇ.aÇC.aCŞB
   1  2  3  4  5
 6  7  8  9  10  11  12
 13  14  15  16  17  18  19
 20  21  22  23  24  25  26
 27  28  29  30

  
Müəllif hüquqları qorunur. Materiallardan icazəsiz istifadə etmək qadağandır
               © "Pəncərə-mədəniyyətə baxış" jurnalı, 2008.          Saytın hazırlanması: - "Proqres" şirkəti